Şəhərin mərkəzində it sürüsü uşaqlara hücum edib, yaralı var
Tarix: 07-07-2021 16:41 | Bölmə: Cəmiyyət
Şəhərin mərkəzində it sürüsü uşaqlara hücum edib, yaralı var

Dünən Xırdalan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına parkda həyəcanlı anlar yaşanıb.

Reyting.az Bakupost.az-a istinadla xəbər verir ki, parkda gəzən uşaqlara it sürüsü hücum çəkib. Uşaqlardan biri yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, parkda dincələn sakinlərin müdaxiləsi olmasaymış, bədbəxt hadisə baş verəcəkmiş.

Xəsarət alan uşaq dərhal Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona quduzluq əleyhinə dərman vurulub.

Xəstəxanadan Bakupost-a bildirilib ki, xəsarət alan şəxs Teymur Mirzəxanlı adlı yeniyetmədir. İtlər onun ayağını dişləyib.

Qeyd edək ki, analoji hadisə Abşeron ərazisində bir neçə dəfə baş verib. Sakinlərin çoxsaylı müraciətlərinə baxmayaraq, problemin həlli istiqamətində heç bir addım atılmır. Sahibsiz heyvanlar əhalinin ən sıx olduğu yerlərdə sürü halında dolaşırlar.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq