Şəmkirdə sel avtomobili aparıb, 3 nəfər yaralanıb
Tarix: 07-07-2021 23:53 | Bölmə: Cəmiyyət
Şəmkirdə sel avtomobili aparıb, 3 nəfər yaralanıb

Şəmkir rayonunda yağmurlu hava şəraiti səbəbindən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə rayonun “Kraz yolu” deyilən yolda qeydə alınıb.

Belə ki, sel bir avtomobili apararaq digər avtomobilə çırpıb. Nəticədə üç nəfər xəsarət alıb. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Onlardan ikisinin kimliyi məlum olub - Bənövşə Musayeva və İlqar Musayev. Faktla bağlı araşdırmalara başlanılıb/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq