Azərbaycanın bu tibb kolleclərinin diplomları Türkiyədə tanınacaq
Tarix: 08-07-2021 11:49 | Bölmə: Cəmiyyət
Azərbaycanın bu tibb kolleclərinin diplomları Türkiyədə tanınacaq

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr davam etdirilir.

Reyting.az
xəbər verir ki, bu, rəsmi Bakı və Ankaranın iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əksini tapıb.

Sənədə əsasən, 2021-ci ildə Azərbaycanda fəaliyyət göstərən 1 nömrəli Bakı Tibb Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci və Sumqayıt Tibb Kollecinin diplomalarının Türkiyənin Milli Təhsil Nazirliyi tərəfindən peşə orta təhsili çərçivəsində qiymətləndirməsi üçün danışıqlar aparılacaq.

Bu işlərin həyata keçirilməsi Azərbaycan və Türkiyənin Təhsil nazirliklərinə tapşırılıb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq