Azərbaycanda "TURKOVAC"ın 3-cü faza sınaqları könüllü keçiriləcək
Tarix: 08-07-2021 11:58 | Bölmə: Cəmiyyət
 Azərbaycanda "TURKOVAC"ın 3-cü faza sınaqları könüllü keçiriləcək

“Azərbaycanda "TURKOVAC"ın 3-cü faza sınaq fəaliyyəti üçün Türkiyə tərəfindən protokol gözləyirik”.

Bunu  səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini qeyd edib ki, sənədlər gəldikdən və protokol üzrə hazırlıq təmin edildikdən sonra sınaqlara başlanılacaq: “Sınaqlar könüllü şəkildə keçiriləcək”, - deyə V. Qasımov bildirib.

Qeyd edək ki, Türkiyə istehsalı "TURKOVAC"ın 3-cü sınaq mərhələsi Macarıstan, Azərbaycan və Qırğızıstanda aparılacaq/APA.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq