"Yay məktəbi"ndə 27 4742 şagird və 59 420 müəllim iştirak edib
Tarix: 08-07-2021 16:16 | Bölmə: Cəmiyyət
"Yay məktəbi"ndə 27 4742 şagird və 59 420 müəllim iştirak edib

Təhsil Nazirliyi tərəfindən ilk dəfə olaraq 2020-2021-ci tədris ilində ödənişsiz və könüllü əsaslarla təşkil edilmiş "Yay məktəbi" layihəsi artıq yekunlaşıb.

Reyting.az
xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib. Nazir deyib ki, pandemiya şəraiti ilə əlaqədar olaraq şagirdlərə bilik və bacarıqların mənimsənilməsində məsafədən təhsilin yaratdığı çətinliklərin həllinə dəstək göstərilməsi məqsədilə keçirilən “Yay məktəb”ləri ictimaiyyət tərəfindən də müsbət qarşılanıb: ""Yay məktəbi"ndə ümumilikdə ölkə üzrə 3136 məktəb, 27 4742 nəfər şagird və 59 420 nəfər müəllim iştirak edib. Bu təşəbbüsdə fəallıq göstərən bütün təhsil işçilərinə bir daha təşəkkür edirəm".




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq