Abşeronda avtomobil ana və 2 azyaşlı övladını vurub
Tarix: 08-07-2021 22:00 | Bölmə: Cəmiyyət
Abşeronda avtomobil ana və 2 azyaşlı övladını vurub

Abşeron rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Abşeron rayonunda qeydə alınıb.

Avtomobil Ceyranbatan qəsəbəsində yolu keçən 1981-ci il təvəllüdlü Məhərrəmova Xuraman Feyruz qızını və onu 2 azyaşlı övladları 2014-cü il təvəllüdlü Hüseynli Kamal Kalam oğlu və 2020-ci il təvəllüdlü Hüseynli Yusif Kalam oğlunu vurub.

Hər üç yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı Abşeron rayonu Polis idarəsində araşdırılır/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq