Yevlaxda daha bir şəhidin xatirəsi əbədiləşdirilib - Foto
Tarix: 09-07-2021 10:26 | Bölmə: Cəmiyyət
Yevlaxda daha bir şəhidin xatirəsi əbədiləşdirilib

Yevlaxda şəhid Şahgəldiyev Muxtar Knyaz oğlunun adına inşa edilən bulağın açılışı olub.

Reyting.az
xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə iştirak edən Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, kənd sakinləri və ictimaiyyət nümayəndələri xatirə bulağının önünə gül-çiçək qoyub, şəhidin ruhuna dualar oxuyublar.

Tədbirdə şəhid M. Şahgəldiyevin qısa, lakin şərəfli həyat yolundan və onun Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açılıb, ruhuna dualar oxunub. Bildirilib ki, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımız hər zaman xalqımızın qəlbində yaşayacaq.

Qeyd edək ki, şəhid Muxtar Şahgəldiyev 1972-ci ildə Yevlax rayonunun Qaraməmmədli kəndində doğulub. O, Qarabağ müharibəsində düşmənə qarşı döyüşlərdə iştirak edib və şəhidlik zirvəsinə ucalıb.





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq