Qardaş qatili ilə bağlı araşdırmalar başlayıb
Tarix: 09-07-2021 11:05 | Bölmə: Cəmiyyət
Qardaş qatili ilə bağlı araşdırmalar başlayıb

İyulun 8-i saat 12 radələrində Neftçala rayonu, Həsənabad qəsəbə sakini Zaur Məmmədovun xəsarətlər nəticəsində ölməsi barədə Neftçala Rayon Prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğunun məlumatına görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Zaur Məmmədov qardaşı Vahid Məmmədovla ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirilməsi səbəbindən ölüb.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Vahid Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq