Şirvandakı mikroavtobus qəzasında 9 nəfər xəsarət alıb - Fotolar
Tarix: 09-07-2021 17:49 | Bölmə: Cəmiyyət
Şirvandakı mikroavtobus qəzasında 9 nəfər xəsarət alıb

Şirvanda mikroavtobusla minik avtomobili toqquşub.

Reyting.az APA-ya istinadla xəbər verir ki, Şirvan şəhəri, Ş.Qurbanov küçəsində 10 saylı marşrut xətti üzrə işləyən sərnişin mikroavtobusu ilə “Mitsubishi Pajero” markalı avtomobil toqquşub. Mikroavtobus fərdi yaşayış evinin hasarına çırpılıb. Telefon xəttinin dirəyi aşıb.

Qəza nəticəsində 9 nəfər yüngül xəsarətlər alıb. Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.







Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq