Bakıda avtoqəza: ölən və yaralanan var
Tarix: 10-07-2021 01:30 | Bölmə: Cəmiyyət
Bakıda avtoqəza: ölən və yaralanan var

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

Reyting.az
xəbər verir ki, hadisə Maştağa-Buzovna yolunda qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobil “Mercedes”lə toqquşub. Qəza nəticəsində “VAZ 2107”-də olan 2002-ci il təvəllüdlü Məmmədov Eşqin Vüqar oğlu ağır xəsarət alıb.

Avtomobilin digər sərnişini, 1983-cü il təvəllüdlü Əhmədəliyev Qurban Saqif oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb.(APA)




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq