Toy kortejində avtomobil idarəetmədən çıxaraq aşıb, ölən və yaralılar var
Tarix: 12-07-2021 13:34 | Bölmə: Cəmiyyət
Toy kortejində avtomobil idarəetmədən çıxaraq aşıb, ölən və yaralılar var

Qusarda avtomobil aşıb, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Məlumata görə hadisə, Qusar-Şahdağ yolunun 26-cı kilometrliyində qeydə alınıb.

Ənix kənd sakini, Əmirgünə Firdovsi oğlu Əmiraslanovun idarə etdiyi "Opel"markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili dərəyə aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarətlər alıb.

Ölən:

1993-cü il təvəllüldü İsmixan Ədalət oğlu Şəkərov.

Yaralılar:

1994-cü il təvəllüdlü Əmirgünə Firdovsi oğlu Əmiraslanov,

1993-cü il təvəllüdlü Abuçin Osman oğlu Osmanov,

1994-cü il təvəllüdlü Tofiq Əziz oğlu Kərimov.

Qəza zamanı vəfat edən sərnişin İ.Şəkərovun meyiti deformasiyaya uğrayan avtomobildən çıxarılaraq adiyyəti üzrə təhvil verilib. Yaralılar isə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq