Rafiq Əliyev: “Quranda Məhərrəm ayı hazırda başa düşdüyümüz ay kimi qəbul olunmur”
Tarix: 12-07-2021 16:48 | Bölmə: Cəmiyyət
Rafiq Əliyev: “Quranda Məhərrəm ayı hazırda başa düşdüyümüz ay kimi qəbul olunmur”

“Qurani-Kərimdə Məhərrəm ayı hazırda başa düşdüyümüz ay kimi qəbul olunmur”.

Bunu Reyting.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev deyib.

Rafiq Əliyev bildirib ki, Quranda hətta Orucluq bayramında toy eləmək savab hesab olunur:

“Ramazan ayında gecə saat 1-dən səhərə qədər camaat toy eləyir, bizimkilər sanki yas məclisi qururlar.

Üçüncüsü, Məhərrəmlik şiə zümrəsinə aid olan bir aydır. Qurani-Kərimdə də yoxdur ki, bu ayda toy etmək olmaz. Bunlar insanların quraşdırmasıdır. Əslində bu fikirlər insanlarda əvvəl olmayıb, amma bunları insanların beyninə yavaş-yavaş yeridiblər. Belə yolla bu fikirləri insanların başından çıxarmaq olar”.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq