Bu həkim və təcili yardım sürücülərinin maaşı artırılacaq
Tarix: 13-07-2021 16:55 | Bölmə: Cəmiyyət
Bu həkim və təcili yardım sürücülərinin maaşı artırılacaq

Tibb müəssisələrində fəaliyyət göstərən həkim məsləhət komissiyasının üzvlərinə aylıq sabit 200 manat həvəsləndirici əlavə ödəniləcək.

Reyting.az
xəbər verir ki, bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na məlumat verilib.

Bildirilib ki, bundan əlavə, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarında avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq əlavə ödəniləcək:

"1-ci sinif avtomobil sürücülərinə tarif (vəzifə) maaşının 25 faizi, 2-ci sinfə isə tarif (vəzifə) maaşının 10 faizi miqdarında əlavə ödəniləcək".

Dəyişiklik 1 aprel 2021-ci ildən qüvvəyə minmiş hesab olunacaq.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}