09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
12:46 / 12-09-2025
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12:38 / 12-09-2025
"Avroviziya"da iştirak üçün yeni şərt qoyublar
12:30 / 12-09-2025
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12:05 / 12-09-2025
“Rabitəbank" keşbeki azaldıb
12:00 / 12-09-2025
Ekspert naziri debata çağırıb
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

11:09 / 08-09-2025

10:19 / 10-09-2025

12:43 / 08-09-2025

13:31 / 11-09-2025

“Reket jurnalistlərə” qarşı mübarizə güclənəcək
Tarix: 13-07-2021 17:32 | Bölmə: Cəmiyyət

Mətbuat adından sui-istifadə edən “reket jurnalistlər” son günlər daha da fəallaşıblar. Məqsəd isə eynidir - şəxsi mənafe, kiminsə adından istifadə edərək hədə-qorxu yolu və şantajla pul tələb etmək. Bu səbəbdən qısa vaxt ərzində üç nəfər həbs edilib.
Məsələ ilə bağlı Reyting.az-a açıqlama verən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu bildirib ki, son hadisələr “reket jurnalistikası”nın iç üzünü bir az da açıb:
“Belə insanlar uzun illərdir mətbuatın müəyyən imkanlarından sui-istifadə edirlər. Bunlar - jurnalistikaya, ədəbiyyata, ümumilikdə mətbuata heç bir aidiyyəti olmayan, mediaya soxulmuş insanlardır. Bu şəxslər həm də medianın müəyyən imkanlarından yararlanıb, öz ehtiyaclarını ödəməyə çalışırlar. Hətta bəzən öz istəklərinə nail olurlar”.

U. Rəhimoğlu
Umud Rəhimoğlu deyib ki, son 30 ildə sovetlərin dağılması ilə bağlı mətbuatda liberallaşma, qanunda humanist addımlar atılıb, senzura aradan qaldırılıb, mətbuatın qeydiyyat məsələləri yüngülləşdirilib və bu imkanlardan sui-istifadə edənlər bir sıra “media qurumları” təsis ediblər: “Hətta bəziləri 8-10 media qurumu təsis edib, vəsiqələrini satıb və ya paylayıb ayrı-ayrı şəxslərin üzərinə aylıq haqq qoyurlar. Artıq zaman dəyişib, onlayn medianın, sosial şəbəkənin imkanları belə şəxslərə daha böyük imkanlar yaradıb. Qəzet üçün müxtəlif mətbəə xərclərinə də ehtiyac yoxdur. Müxtəlif adda saytlar qeydiyyatdan keçirir, bloqlar yaradır, insanları şantaj edirlər. Ölkənin ən nüfuzlu, əqidəli adamlarını belə utanmadan, çəkinmədən təhqir edir, çamur atırlar. Hesab edirəm ki, bununla bağlı qanunvericilikdə zəruri dəyişikliyə ehtiyac var. Mətbuatımızı nüfuzdan salan insanlara qarşı qətiyyətli addımlar atılmalıdır”.
Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov isə Reyting.az-a açıqlamasında bildirib ki, Mətbuat Şurası yaranandan bugünə kimi, bu kimi məsələlərlə bağlı təqribən 1600 şikayət daxil olub. Bu şikayətlər ayrı-ayrı vətəndaşlardan, müəllim, həkim və digər peşə sahibləri tərəfindən edilib:
“Şikayətlərin kifayət qədəri “reket jurnalistikası” ilə məşğul olan saytlardan idi. Mətbuat Şurası olaraq bu hala qarşı ciddi mübarizə apardıq, Şura tərkibində “Reket jurnalistlər”ə qarşı mübarizə komissiyası yaratdıq və bu komissiya gələn şikayətləri araşdırdı. Onların sayı kifayət qədər azalmışdı. Müharibə zamanı belə məsələlərlə bağlı Mətbuat Şurasına şikayət gəlmədi, amma artıq müharibə arxada qalıb, yenə bəzi sayt rəhbərləri özlərinin “köhnə peşələrinə” qayıtmaq istəyirlər. Son zamanlar şəhid ailələri ilə bağlı baş verən utancgətirən hadisələr, onların problemlərini işıqlandırmaq üçün müəyyən təkliflərin olması baş verənlərin kulminasiyası idi. Bu məsələyə cəmiyyətin, jurnalistlərin reaksiyası oldu. Mətbuat Şurası yerli icra qurumları ilə əlaqə saxlayıb araşdırır ki, şəhid ailələri bağlı belə hallar rayonlarda da baş verirmi? Bəzi rayonlarda baş verir, bəzilərində isə bu hadisələrlə qarşılaşmadıqlarını bildirirlər. Araşdırmalar bitəndən sonra bu məsələləri ümumiləşdirib, güman ki, müzakirə edəcəyik”.

Ə. Amaşov
Ə. Amaşov qeyd edib ki, jurnalistikanın vəzifəsi dövləti baş verən hadisələrlə bağlı məlumatlandırmaqdır. Onun sözlərinə görə, “reket saytlar”ın məqsədi isə hadisələrə şəxsi mənafe baxımından yanaşmaqdır: “Gələn şikayətlərin çoxunda faktlar yoxlanılmadan və kimlərinsə barəsində yazır, onların fikrini öyrənmədən mediaya çıxarırlar, ictimaiyyətə açıqlayırlar. Bəzi məqamlarda faktları əldə edərkən bilərəkdən qarşı tərəfin fikrini öyrənmədən məlumatları yayırlar. Təəssüf ki, bir sıra hallarda faktlar üzərində müəyyən “əməliyyat” aparılır, faktlar şişirdilir. Bəzi məqamlarda isə hadisə uydurulur və material saytlara qoyulur, hətta qarşı tərəf onlarla əlaqə saxlasa da, yazı saytlardan çıxarılmır. Bəzən isə onlar şəbəkə formasında fəaliyyət göstərir, onlarla saytda eyni material yerləşdirilir. Bir sıra məqamlarda hansısa qurum, iqtisadi qruplar öz rəqiblərini sıradan çıxarmaq üçün özlərinə yaxın media vasitələrindən bu məqsədlə istifadə edirlər.
“Reket” məsələsi jurnalistlərin peşə davranış qaydaları ilə tənzimlənmir. Bəzi hallarda hansısa cinayət işində məhkəmə tərəfindən təsdiqlənməyən şəxsin, qadınların, yeniyetmələrin adlarının hallanması, şəxsi həyata müdaxilə etik qaydalara ziddir”.
Sədr vurğulayıb ki, “reketlik” məsələsi cinayət müstəvisində araşdırılmalıdır: “Əgər bir insan cinayət törədibsə, birindən hansı üsulla olur-olsun pul alıbsa, qorxudubsa, şantaj edibsə, artıq bu, cinayət tərkibli məsələdir. Bu məsələlərdə hüquq-mühafizə orqanları kifayət qədər aktiv olmalıdır. Cəmiyyət də belə hallara qarşı dərhal reaksiya verməlidir. Ciddi mübarizə aparılmalı, jurnalistlərin reaksiyası olmalıdır. Əgər məmurlardan qorxutma yolu ilə nəsə almaq istəyirlərsə, onlar müvafiq qurumlara müraciət etməlidirlər. Onlar qarşı tərəfin istədiyini verməli deyillər. Əgər məmurlar öz fəaliyyətlərində dürüstdülərsə, hər hansı müəssisənin rəhbəridirsə və dövlət tərəfindən ayrılan vəsaiti mənimsəməyibsə nədən qorxmalıdır? Bu məsələnin iki tərəfi var: bir tərəf jurnalistdir, digər tərəf isə onların tələblərinə uyğun olaraq həmin məbləği verən tərəfdir.
Reketlik cəmiyyətin problemidir, cəmiyyət saf olmalı, məmurlar düzgün işləməli, heç nədən çəkinməli deyillər. Məmurlar daha çox hesabatlı olmalı, jurnalistlər onlardan nəyisə soruşanda sorğuları cavablandırmalıdırlar. Məmurlar maraqlı olmalıdır ki, cəmiyyət onların fəaliyyətindən məlumatlı olsun”.
Onu da qeyd edək ki, son günlər www.sheffaf.az xəbər portalının baş redaktoru Namik Əmrahov 36 nömrəli şəhər poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etdiyinə, Azər Kazımov və Rübabə Vəliyeva isə özlərini televiziya əməkdaşları kimi təqdim edərək, şəhid analarından aldatma yolu ilə pul aldıqları üçün məsuliyyətə cəlb ediliblər.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
Dünən, 12:53
Sabah yağış yağacaq
Dünən, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
Dünən, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
Dünən, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
7-09-2025, 12:15
Sabah yağış yağacaq - Proqnoz
5-09-2025, 18:42
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib