Vilayət Eyvazov Eduard Məmmədova yeni vəzifə verib
Tarix: 15-07-2021 17:28 | Bölmə: Cəmiyyət
Vilayət Eyvazov Eduard Məmmədova yeni vəzifə verib

Kikboks üzrə dəfələrlə dünya və Avropa çempionu, beynəlxalq idman ustasıı, əməkdar məşqçi Eduard Məmmədova yeni vəzifə verilib.

Bu barədə Unikal.org-a “Ağ canavar” ləqəbli idmançı özü məlumat verib:

"Dünən məni daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qəbul etdi.

Nazirin müvafiq əmrinə əsasən DİN-nin İdman Cəmiyyətində baş inspektor vəzifəsinə təyin edildim. İşim təkcə idmançılarla deyil. Mən həmçinin polislərin də fiziki hazırlığına nəzarət edəcəm. Cənab nazirə təşəkkür edirəm. O daim idmançıları diqqətdə saxlayır".




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq