Azərbaycan Qırğız Respublikasına 40 min doza peyvənd göndərəcək
Tarix: 16-07-2021 13:04 | Bölmə: Cəmiyyət
Azərbaycan Qırğız Respublikasına 40 min doza peyvənd göndərəcək

Azərbaycan Hökuməti Qırğız Respublikasına yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 40 min doza “AstraZeneca” (Vaxzevria) peyvəndinin göndərilməsi barədə qərar qəbul edib.

Reyting.az
-ın xəbərinə görə, 40 min doza “AstraZeneca” peyvəndi bu günlərdə Qırğız Respublikasına yola salınacaq.

Qeyd edək ki, 1-3 iyul tarixlərində Qırğız Respublikasının xarici işlər naziri R. A. Kazakbayevin Azərbaycana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların inkişafı, həmçinin koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə peyvəndin göndərilməsi əsasında peyvəndin göndərilməsinə dair razılıq əldə edilib. Bununla bağlı Qırğızıstan XİN Azərbaycana minnətdarlığını ifadə edib.

Xatırladaq ki, Azərbaycan artıq Özbəkistana 50 min doza “AstraZeneca” peyvəndini göndərib. UNİCEF bu humanitar təşəbbüs və dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}