Pediatr: "COVID-19 uşaqlarda qastroenteritlərə səbəb ola bilir"
Tarix: 16-07-2021 16:42 | Bölmə: Cəmiyyət
Pediatr: "COVID-19 uşaqlarda qastroenteritlərə səbəb ola bilir"

“Yay mövsümündə uşaqlar arasında qastroenteritlər daha çox ishal və qusma şəklində müşahidə olunur”.

Bunu K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatrı Azər Əhmədov deyib.

Onun sözlərinə görə, uşaqlarda yay mövsümündə xəstəliyə daha çox rast gəlinir: “Bunun bir çox səbəbləri ola bilər. Əgər 14 gün davam edirsə, xroniki qastroenterit deməkdir. Pandemiya dövrünü də nəzərə alsaq, COVID-19 qastroenteritlərə səbəb ola bilir. Çünki virusun klinik göstəricilərində qusma və ishal şikayətləri olur. Onu da bilirik ki, COVID-19-un uşaqlar arasında ölüm faizi yüksək deyil. Belə olan təqdirdə uşaqlarda adətən simptomatik müalicəyə üstünlük verilir. COVID-19 zamanı da xəstələrdə yüksək hərarət ola bilər. Lakin unutmayaq ki, hər qusma və ishal koronavirus deyil”.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}