Valideynləri narkotik aludəçisi olan uşaqla bağlı məlumat yayılıb
Tarix: 16-07-2021 16:53 | Bölmə: Cəmiyyət
Valideynləri narkotik aludəçisi olan uşaqla bağlı məlumat yayılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideyinləri narkotik vasitə aludəçisi olan azyaşlı ilə bağlı məlumat yayıb.

Komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, ötən gün sığınacağa yerləşdirilən azyaşlının vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar Dövlət Komitəsinin əməkdaşları vəziyyətlə yerində tanış olublar.

O bildirib ki, azyaşlı həkimlər tərəfindən artıq müayinə olunub.

Qeyd edək ki, azyaşlının valideyinləri narkotik vasitə aludəçisidir və uşaq daim nəzarətsiz qaldığından anası tərəfindən dilənməyə məcbur edilib. Narkotik aludəçisi olan valideyinlər isə müayinə üçün Narkoloji Disponserə göndərilib.

Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir.

Xatırladaq ki, azyaşlı ötən gün uşaq sığınacağına yerləşdirilib.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}