11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
12:46 / 12-09-2025
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12:38 / 12-09-2025
"Avroviziya"da iştirak üçün yeni şərt qoyublar
12:30 / 12-09-2025
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12:05 / 12-09-2025
“Rabitəbank" keşbeki azaldıb
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

10:19 / 10-09-2025

12:43 / 08-09-2025

13:31 / 11-09-2025

22:00 / 09-09-2025

Bakıda “12-ci imam” peyda olub: dələduzluq əməlləri üzə çıxır - Fotolar
Tarix: 19-07-2021 19:39 | Bölmə: Cəmiyyət

Bakı sakini “12-ci imam” olduğunu iddia edir. Allah tərəfindən ona vəhy gəldiyini deyən və möcüzəvi gücün yalnız ona məxsus olduğuna hər kəsi inandırmağa çalışan Aqil Babayev adlı şəxs özünü Mehdi Sahib əz-Zaman kimi qələmə verir. Aqil Babayevin əməlləri ilə bağlı zərərçəkən şəxslər hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Reyting.az “Bizim.Media”ya istinadla xəbər verir ki, zərərçəkənlərin dediyinə görə, Aqil Babayev dini icma adı altında illərdir qurbanına çevirdiyi çoxsaylı şəxslərin külli miqdarda vəsaitini ələ keçirib.
Müxtəlif ayinlər zamanı həmin şəxslərə fiziki cəzalar tətbiq edərək onları öz əmrlərinə tabe olmağa məcbur edib və mənəvi cəhətdən təhqirlərə məruz qoyub.
Şikayətçilər iddia edir ki, A. Babayev hətta bəzi ailələrin dağılmasına, eləcə də öz istəklərinə uyğun “boşandırdığı” qadınlara qarşı əxlaqsız hərəkətlərə qədər cəsarət edib. Özünü Allah, yanına gələnləri isə elçiləri və qulları kimi təqdim edən A. Babayev yalançı inancları ilə insanların taleyi ilə istədiyi şəkildə oynamağa da müvəffəq olub. Bu azmış kimi 44 günlük müharibədə dövlətçilik əleyhinə kampaniya apararaq, döyüşmək arzusu ilə yanıb tutuşanları “müharibə və şəhid olmaq şeytan əməlidir”,- deyərək bu istəkdən yayındırıb.
Keçmiş hərbçinin etirafları…
“Bizim.Media”ya üz tutan polkovnik Azər İslamov Aqil Babayevin cəmiyyətimiz üçün təhlükəli şəxs olduğunu deyir:
“Yatsaq yuxumuza da girməzdi ki, bu hadisənin qəhrəmanı və şahidi ola bilərdik. Ağlabatan görünməsə də, bunlar həqiqətən baş verib. Özüm hərbçi və polkovnik leytenant vəzifəsində xidmət etmişəm. Məndə içkiyə meyl başlanmışdı. Əmim oğlu təklif etdi ki, qonşuluqda Aqil Babayev adlı şəxs var, sənə kömək edə bilər. Onunla görüşəsi olduq. Əvvəlcə, ibadətlə məşğul olmağı təbliğ etdi. Tanıdıqca xarakterlərimə bələd oldu.
Danışıqları cəlbedici idi və marağım artdı. Namaz qılmağa məcbur etdi. Artıq onun təsirinə düşəndən sonra hərbidə düzənim pozuldu və ordu sıralarından tərxis olundum. O, demək deyildi ki, döyüş hazırlığımda sarsıntılar baş verdi. Əsla. Sadəcə, Aqil Babayev inandırmışdı ki, o, bizim imamımızdır, Allahımızdır. Təlqin edirdi ki, orduda xidmət etməməliyəm. Allaha xidmət eləməliyəm. Mən izah etməyə çalışsam da ki, şəhidlik uca zirvədir, cənnətdir, məni fikrimdən döndərməyə çalışırdı ki, Vətən yolunda ölmək, şəhidlik deyil. Şəhidlik yolu mənim yolumdur.
Yəni haqq yolunun başında mən dayanmışam, mənə tərəf gəlin, cəzalarınızdan azad olun. 20 il əvvəl gənc oğlan üçün bunlar bilirsiz nə demək idi? Hər şeyimi onunla paylaşırdım, yalnız ona hesabat verirdim. O isə istədiyi kimi həyatımı idarə edirdi”.
Şəhərin mərkəzində şapalaq vurdu…
Şikayətçi daha sonar deyir: “Onun təbirincə desək, istəyəndə adamı cəzalandıra, cəhənnəmə göndərə, yaxud da cənnət ilə müjdələyə bilərdi. Təsəvvür edin, şəhərin mərkəzində mənə bir neçə şapalaq vurub. Mən isə dayanıb üzünə baxmışam, müqavimət göstərməmişəm. Düşünürdüm ki, fiziki gücə tabe olmaqla öz günahlarımı Allah qarşısında ödəmiş oluram. Yəni belə əsaslandırırdı”.
Azər İslamov gec də olsa, sözügedən dələduzun ovsunundan qurtulduğuna şükür edir:
“Yeganə tələbim Aqil Babayevi tanıdığım, ona xidmət etdiyim, məhz onun vasitəçiliyi ilə işimdən kənarlaşdığımın qarşılığının ödənməsidir. Ona illər boyu verdiyim dəyəri ölçüyə gəlməyəcək məbləğdə pullarımı geri qaytarsın”.
“Adnan Oktar bunun yanında kişi adam idi...”
Digər zərərçəkmiş Aqil Babayevin fırıldaqçı əməllərinin üstünün gec açılmasına təssüflənir:
“Biləndə ki, o, artıq yanına gələn qadınlara təcavüz edib, onlara qarşı əxlaqsız hərəkətlər edir, bizim verdiyimiz pulları mənimsəyib, bundan çox məyyus olduq. Bu, qəbul olunası bir hal deyildi. Özünü “imam” adlandıranın belə iyrəncliklər etməsini həzm edə bilməzdik.
Onunla yaxınlıq edən kifayət sayda qadınlar olub. Hansı ki, həmin qadınlar digərlərini də yoldan çıxarıb. Bu məsələ Aqil Bababayevin qeyrətli bacılarımızdan birinə təcavüz cəhdindən sonra üzə çıxdı. Hələ qadın 2-3 il bu məsələni gizli saxladı. Çünki Aqil Babayev onu təhdid altında saxlayırmış.
Qadınlarla yaxınlığını da öz təbirincə əsaslandırırdı.
Deyirdi ki, bütün qadınlar ona halal və məhrəmdir. Guya hakimiyyəti altındadırlarsa, onları qorumalıdır. Adnan Oktar bunun yanında kişi adam idi. O, əxaqsızlarla yaxınlıq edirdi, Aqil isə ərli, namaz qılan, Allaha yaxınlaşmaq istəyən qadınlara təcavüz edirdi. Təsəvvür edin ki, yaxınlıq etdiyi qadını bir nəfərlə evləndirməyə nail olmuşdu. Bir müddət keçəndən sonra kişi arvadının “imam”la yazışmalarını tutmuşdu və boşandılar. Son müşahidələrimizə görə 14-15 yaşlı qızlara da meyl edirdi”.
Başqa bir iş adamı isə neçə-neçə insanla bərabər onun da həyatını puç edərək külli miqdarda pulunu mənimsəyən Aqil Babayevin tezliklə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir:
“Aqil Babayevi bir yaxınımın vasitəsilə 2004-cü ildə tanıdım. İlk tanışlıqda necə ovsunlandımsa, uzun illər təsiri və təhdidi altında yaşadım. Əlbəttə, o zamanlar insan nəyin doğru, nəyin səhv olduğunu anlaya bilmir. Təsvvür edin ki, doğmalarımdan təcrid olunmuşdum. Sanki mənim üçün yalnız Aqil Babayevin yolu var idi. Guya insanları ağır cəzalardan yalnız o çəkindirə bilərdi. Onunla müntəzəm görüşürdüm. O, mən və mənim kimi xeyriyyəçilik etmək istəyən şəxsləri aldadaraq ev tikib dindar və kasıb ailələrə paylamaq adı ilə külli miqdarda vəsaitimizi ələ keçirmişdir.
Xeyriyyəçilik adı ilə məni inandırdı və əlbəəl ona 340 min manat verdim.
Əhmədlidə məktəbin yanında binanın tikilməsi üçün yer və konkret layihə göstərdi. Mənə də lazım idi ki, kimlərəsə xeyrim toxunsun. Bu minvalla bir neçə ay keçdi, ondan xəbər çıxmadı. Onun çirkin əməllərindən xəbərimizin olduğunu artıq anlamışıdı və biz zərərçəkmişlərdən gizlənirdi. Nəhayət özü ilə görüşəndə etiraf etdi ki, işləri guya dolaşığa düşüb və evin tikinti işləri getmir.
Məni aldadaraq aldığı pulların qəpik-quruşla bir hissəsini qaytarsa da, böyük məbləğdə olan hissəsini qaytarmayıb. 2020-ci ildə ona 23 min dollar, ondan əvvəl hər il isə 50-60 min manat vermişəm”.
“İmam”ın görüşünə gələ bilməyənlər məktub yazırmış...
Zərərçəkmiş inşaatçı Mehman Baxşızadə bildirir ki, Aqil Babayev kasıb ailələrə əl tutmaq, imkansızlara, şəhid və qazi ailələrinə yardım adı altında illərlə pullarını mənimsəyib.
“Onu 2013-cü ildən tanıyıram. Təsadüfi deyil ki, Əhmədli qəsəbəsində özünə mansarlı 5 mərtəbəli villa tikdirib və nazirlər kimi yaşayır”.
Şikayətçi maraqlı məsələyə də toxunub. Dediyinə görə “imam”ın görüşünə gələ bilməyən və onunla telefonda danışa bilməyənlərdən məktublar alırmış:
“Məktub açıla bilməzdi. Kimsə açıb oxusa, guya bəlaya düçar olacaqdı. Məktublarında ona “Ey Rəbbim!” deyə müraciət olunurdu. Özünü “12-ci imam” Mehdi, sonradan Allah kimi təqdim etməklə hər kəsin beynini yumuşdu. Şükürlər olsun ki, Rəbbimizin xüsusi lütfü ilə bu ovsundan, iblisin əlindən qurtulduq. 8 il ərzində məni müflis edib və 500 minə yaxın borcu var”.
Özünəxas qanunları…
Digər şikayətçi və biznesmen sözügedən “imam”ın özünə xas qanunlarından danışıb:
“Aqil Babayev hansısa ailəyə təsir edə bimirdisə, ayırırdı. Bizi Allahın göndərdiyi elçisi olduğuna inandırmışdı. Hisslərimizdən bizə qarşı istifadə edirdi. Bu adamın kasıb ailələrə yardımla bağlı 38 nəfərdən ibarət saxta siyahısını da ortaya çıxarmışıq.
Cəmi iki nəfəri kasıb və imkansız ailədir ki, bunu da gözdən pərdə asmaq üçün edib. İllərdir verdiyimiz pulların ehtiyacı olan ailələrə getdiyinə əmin olmuşduq. Lakin həmin pulların özü üçün istifadə etdiyini bildik”.
Qeyd edək ki, şikayətçilər A. Babayevin əməlləri, eləcə də maddi və mənəvi zərərlərinə görə hüquq-mühafizə orqanlarına artıq müracitət ediblər.
Dediklərinə görə onlarla bərabər daha 100 nəfər, o cümlədən “imam”ın əxlaqsız hərəkətlərindən zərərçəkmiş qadınlar şikayət ərizəsi yazıblar. Sübut və dəlillər sözügedən instansiyaya təqdim edilib. Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Yazıda ittiham olunan Aqil Babayevlə əlaqə qurmaq cəhdləri alınmayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bölməyə aid digər xəbərlər

Dünən, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
Dünən, 12:53
Sabah yağış yağacaq
Dünən, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
Dünən, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
Dünən, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
7-09-2025, 12:15
Sabah yağış yağacaq - Proqnoz
5-09-2025, 18:42
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib