17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İki nazirlik Yardımlıdakı meşə zolağında davam edən yanğınla bağlı birgə məlumat yayıb
Tarix: 03-08-2021 17:55 | Bölmə: Cəmiyyət
İki nazirlik Yardımlıdakı meşə zolağında davam edən yanğınla bağlı birgə məlumat yayıb

Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin Mətbuat xidmətləri Yardımlıda meşə zolağında baş verən yanğınla bağlı birgə məlumat yayıb.

Reyting.az
xəbər verir ki, məlumatda Yardımlı rayonu, Honuba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında davam edən yanğının söndürülməsi istiqamətində tədbirlərin davam etdirildiyi bildirilib:

"Belə ki, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub.

Qeyd edək ki, yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb və bu səbəbdən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}