Türkiyənin yanmış ərazilərində şəhidlərimizin xatirəsinə ağac əkiləcək - Foto
Tarix: 04-08-2021 00:24 | Bölmə: Cəmiyyət
Türkiyənin yanmış ərazilərində şəhidlərimizin xatirəsinə ağac əkiləcək

Vətən müharibəsində şəhid olmuş mingəçevirli qəhrəmanlarımızın şərəfinə Türkiyənin Antalya şəhərində 51 ağac əkiləcək.

Reyting.az
-ın məlumatına görə, bu qərarı Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər Nümayəndəliyi Üzeyir Hacıbəyli adına 11 illik Musiqi Məktəbi kollektivinin təşəbbüsü əsasında verib. Kollektiv bununla meşə yanğınlarından əziyyət çəkən türkiyəli qardaşlarına mənəvi dəstəklərini nümayiş etdiriblər.

Bildirilir ki, məktəb kollektivi topladığı vəsaiti Türkiyənin Ormanlar Bakanlığının hesabına köçürərək meşələrin bərpasına dəstəklərini göstəriblər. Həmin vəsait son müharibədə şəhid olmuş mingəçevirli döyüşçülərin xatirəsi üçün Antalya şəhərində - yanmış meşə zolağında 51 ədəd ağacın əkilməsi üçün köçürülüb.

Təşəbbüs qardaş ölkədə müsbət qarşılanıb.





Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}