Daha bir restoran sahibi cərimələnib - Toya görə
Tarix: 04-08-2021 13:21 | Bölmə: Cəmiyyət
Daha bir restoran sahibi cərimələnib

Oğuz Rayon Polis Şöbəsinin və digər aiddiyyatı qurumların əməkdaşları tərəfindən birgə keçirilən monitorinqlər zamanı rayonun Xaçmaz kəndi ərazisində yerləşən “Dream Park” restoranında təşkil edilən toy mərasimində pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, yoxlama zamanı bir masa arxasında müəyyən edilən say həddindən, yəni 6 nəfərdən artıq qonağın əyləşdiyi, eləcə də karantin rejiminin digər qaydalarına riayət edilmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı obyekti işlədən İqrar Məmmədov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}