Dövlət Xidmətinə rəis müavini təyin olunub
Tarix: 05-08-2021 10:57 | Bölmə: Cəmiyyət
Dövlət Xidmətinə rəis müavini təyin olunub

Anar Rzayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə rəis müavin təyin edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məlumatında bildirilib.

Qeyd edək ki, Anar Rzayev 1973-cü ildə Bakı şəhərində anadan olub. Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsini bitirib. 1994-1995-ci illərdə ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsi alıb.

2018-ci ildən UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin olunub. Buna qədər müxtəlif nəqliyyat şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}