Şöbə müdiri: "Bu il məktəbli formalarının dizaynında dəyişikik olmayacaq"
Tarix: 05-08-2021 13:11 | Bölmə: Cəmiyyət
Şöbə müdiri: "Bu il məktəbli formalarının dizaynında dəyişikik olmayacaq"

Qarşıdan yeni tədris ili gəlir.

Valideynlər övladları üçün yeni məktəbli formalarının alış- verişinə bu aydan başlayacaqlar. Hazırda şagirdləri məktəbli formaları ilə təmin edən “Bakı Tikiş Evi ndə vəziyyət necədir?

Mövzu ilə bağlı Cebhe. info-ya “Bakı Tikiş Evi”nin (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimov danışıb. O bildirib ki, tikiş evi hələlik davamlı olaraq istifadə olunan məktəbli formalarının istehsalı ilə məşğuldur:

"3 böyük market məktəbli formaları üçün sifariş verib. Sabah satış üçün formalar sözügedən ünvanlara gödəriləcək. Öz mağazamızda da satış var. Məktəb formalarının satışı ilboyu davam edir".

Etibar Əzimov bildirib ki, bu tədris ili üçün məktəbli formalarının dizaynında dəyişikik olmayacaq. Satış qiymətlərində də heç bir dəyişiklik gözlənilmir:

"Nə vaxt məktəbli formaların dizaynı ilə bağlı qərar təsdiq olunarsa, o zaman yeni formalar istehsal olunacaq. Məktəbli formalarının 2017- ci ildən satış qiymətləri sabit qalır".

Etibar Əzimov həmçinin qeyd edib ki, valideynlər artıq indidən məktəbli forması alırlar. Əksər valideynlər isə həmişəki kimi məktəbin açılmasına bir neçə gün qalmış məktəbli formalarının alış- verişinə başlayacaqlar".




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}