Nuran Abdullayev: “İsraildə aparılan elmi tədqiqatın ilkin nəticələri artıq hazırdır”
Tarix: 26-08-2021 13:42 | Bölmə: Cəmiyyət
Nuran Abdullayev: “İsraildə aparılan elmi tədqiqatın ilkin nəticələri artıq hazırdır”

"İsraildə aparılan və uzun zamandır bitməsini gözlədiyim elmi tədqiqatın ilkin nəticələri artıq hazırdır. Bu tədqiqatın nəticəsi pandemiya dönəmində virusla mübarizənin elmi əsaslı olmasının vacibliyini bir daha özündə əks elətdirir".

Reyting.az
xəbər verir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının əməkdaşı, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, bu tədqiqatda ilk dəfə virusa yoluxub sağalanlarla sadəcə “BionTech/Pfizer” peyvəndini qəbul edənlər müqayisə edilib:

"Nəticəyə görə 6-8 ay öncə sadəcə peyvənd alanlarda delta variantına yoluxma riski xəstəliyə tutulub sağalanlarla müqayisədə 13 dəfə çoxdur”.

N. Abdullayev bildirib ki, tədqiqatın digər önəmli nəticəsi xəstəliyə yoluxub sağalanlara tətbiq edilən “BionTech/Pfizer” peyvəndindən sonra yüksək qoruyuculuğun müşahidə edilməsidir: “Təəssüf ki, peyvənd alanlar arasında xəstəliyə yoluxduqdan sonra ağır kliniki gedişatlara da rast gəlinib".




Bölməyə aid digər xəbərlər