Qardaşının qətlində şübhəli şəxs saxlanılıb
Tarix: 30-08-2021 09:33 | Bölmə: Cəmiyyət
Qardaşının qətlində şübhəli şəxs saxlanılıb

Bərdə Rayon Prokurorluğu qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə Bərdə Rayon Prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşlarının keçirdiyi kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin qardaşı, 1984-cü il təvəllüdlü İnayət Nəzərov tanışı, 1988-ci il təvəllüdlü Şəhriyar Məmtiyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kənd ərazisindəki subartezian quyusunun yanında Səxavət Nəzərova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, daha sonra sonuncunun ölmədiyini görüb onu transformatorun içərisinə salaraq qəsdən öldürüblər.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İnayət Nəzərov və Şəhriyar Məmtiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

İstintaq davam edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq