Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 30-08-2021 13:05 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq? - Proqnoz

Bakıda və Abşeron yarımadasında avqustun 31-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Reyting.az
ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 14-19° isti, gündüz 24-29° isti olacaq.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq