13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
İsmayıllıda dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb
Tarix: 30-08-2021 15:59 | Bölmə: Cəmiyyət
İsmayıllıda dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb

İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində məhdudlaşdırılıb.

FHN-dən Reyting.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Qeyd edək ki, yanğınsöndürmə əməliyyatı, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilir.




Bölməyə aid digər xəbərlər