13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
Vilayət Eyvazov 3 rayona polis rəis təyin edib
Tarix: 31-08-2021 17:58 | Bölmə: Cəmiyyət
Vilayət Eyvazov 3 rayona polis rəis təyin edib

Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) rəisi Eldar İlyasov vəzifəsindən azad edilərək, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) rəis, Səbail RPİ-nin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq, Sabunçu RPİ-nə rəis təyin edilib.

Bundan başqa, Samux RPŞ-nin rəisi Polad Qarayev vəzifəsindən azad edilərək, Cəlilabad RPŞ-nə rəis təyin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.




Bölməyə aid digər xəbərlər