Türk Şurasına üzv dövlətlərin media orqanlarının əməkdaşları Şuşada olublar
Tarix: 01-09-2021 11:58 | Bölmə: Cəmiyyət
Türk Şurasına üzv dövlətlərin media orqanlarının əməkdaşları Şuşada olublar

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları işğaldan azad olunmuş Şuşa şəhərində səfərdədirlər.

Məlumata görə, xarici KİV nümayəndələri əvvəlcə şəhərdəki mövcud vəziyyətlə tanış olublar.

Səfər çərçivəsində xarici jurnalistlər Birinci Qarabağ müharibəsi dönəmində ermənilər tərəfindən güllələnmiş Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyli və Bülbülün abidəsini ziyarət ediblər. Daha sonra isə Şuşa qalasında və Cıdır düzündə olublar.

Qeyd edək ki, Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları “Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilir.

Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak edirlər/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq