TƏBİB-dən AzTV-nin rejissorunun ölməsi ilə bağlı - Açıqlama
Tarix: 01-09-2021 16:33 | Bölmə: Cəmiyyət
TƏBİB-dən AzTV-nin rejissorunun ölməsi ilə bağlı - Açıqlama

Avqustun 23-də koronavirusdan dünyasını dəyişdiyi deyilən AzTV-nin rejissoru Arzu Məmmədovanın yaxınları ölüm səbəbi kimi mətbuatda fərqli iddia ilə çıxış ediblər.

Yaxınlarının iddiasına görə, rejissor vaksin vurdurduqdan sonra vəfat edib.

TƏBİB-dən isə bildirilib ki, Arzu Məmmədova 3 avqust 2021-ci il tarixində ilk doza vaksin üçün müraciət edib və peyvənd olunub:

“Daha sonra 23 avqust tarixində A.Məmmədovanın PCR testi müsbət nəticə olaraq qeydə alınıb. Heç bir ekspertiza rəyi olmadan vaksin olunduqdan 20 gün sonra baş verən ağırlaşmanı peyvəndlə əlaqələndirmək doğru deyil”/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq