Qarabağda son bir ayda 634 hektar ərazi minadan təmizlənib
Tarix: 01-09-2021 18:07 | Bölmə: Cəmiyyət
Qarabağda son bir ayda 634 hektar ərazi minadan təmizlənib

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə avqust ayı üzrə statistik məlumatları açıqlayıb.

ANAMA-dan bildirilib ki, avqustun 1-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 455 piyada əleyhinə mina, 70 tank əleyhinə mina və 503 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 634 hektar ərazi mina və PHS-lardan təmizlənib.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq