13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
Sədr müavininin qızı və qardaşı oğlu itkin düşüb - Yenilənib
Tarix: 01-09-2021 21:20 | Bölmə: Cəmiyyət
Sədr müavininin qızı və qardaşı oğlu itkin düşüb

"Ümid" Partiyasının sədr müavini Tamilla Qulaminin qızı və qardaşı oğlu itkin düşüb.

Reyting.az
xəbərinə görə, bu barədə Tamilla Qulami özü məlumat verib.

Bildirib ki, onun 15 yaşlı qızı və 12 yaşlı qardaşı oğlu bu gün saat 14:00 radələrində Elmlər Akademiyası yaxınlığında yerləşən ünvandakı evdən çıxıb və geri qayıtmayıblar.

Sözügedən şəxsləri görənlərdən yaxınlıqdaki polis bölməsinə xəbər vermələri, yaxud 055 321 02 04 nömrəsinə zəng etmələri xahiş olunur.

Daxili İşlər Nazirliyi Tamilla Qulaminin qızı və qardaşı oğlunun yoxa çıxması ilə bağlı açıqlama yayıb.

Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Tamilla Qulaminin 15 yaşlı qızı Aişə Məmmədli və 12 yaşlı qardaşı oğlu Famil Qulaminin yoxa çıxması barədə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bolməsinə məlumat daxil olub. Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

***

Tamilla Qulaminin itkin düşən qızı və qardaşı oğlu tapılıb.

Bu barədə T. Qulami bildirib.

Polis polkovniki Ehsan Zahidov isə deyib ki, 15 yaşlı Aişə Məmmədli və 12 yaşlı Famil Qulaminin yeri müəyyən olunub və ailələrinə təhvil veriləcək.




Bölməyə aid digər xəbərlər