Dalğıc-axtarış qrupu Yuxarı Qarabağ kanalında axtarışlara cəlb olunub - Yenilənib
Tarix: 02-09-2021 09:12 | Bölmə: Cəmiyyət
Dalğıc-axtarış qrupu Yuxarı Qarabağ kanalında axtarışlara cəlb olunub

Yuxarı Qarabağ kanalının Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Reyting.az
xəbərinə görə, artıq FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib.

Batan şəxslə bağlı hələlik əlavə məlumat verilmir.

***

Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndi ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.

APA-nın yerli müxbirinin xəbərinə görə, özünü kanala atan şəxs 2005-ci il təvəllüdlü Ağcabədi rayon sakini Cavadov Akşin Xəyyam oğludur.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq