Lənkaranda arvadına çoxsaylı bıçaq zərbələri vuran şəxs tutulub
Tarix: 02-09-2021 15:34 | Bölmə: Cəmiyyət
Lənkaranda arvadına çoxsaylı bıçaq zərbələri vuran şəxs tutulub

Lənkaran rayonunda arvadına çoxsaylı bıçaq xəsarətləri yetirən şəxs həbs edilib.

Reyting.az
rayon prokurorluğuna istinadla bildirir ki, avqustun 27-i saat 21 radələrində 1985-ci il təvəllüdlü Aynur Mirzəyevanın Lənkəran rayonu ərazisində yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub: 

"Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Aqşin Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aynur Mirzəyevaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

Aqşin Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq davam edir".




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq