Gəncədə güclü külək bəzi evlərin dam örtüyünü dağıdıb, elektrikin verilməsi dayandırılıb
Tarix: 02-09-2021 21:10 | Bölmə: Cəmiyyət
Gəncədə güclü külək bəzi evlərin dam örtüyünü dağıdıb, elektrikin verilməsi dayandırılıb

Gəncədə güclü külək əsir, bəzi yerlərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Məlumata görə, axşam saatlarından güclü külək əsməyə başlayıb. Şəhərin bəzi yerlərində elektrik enerjisinin verilməsi dayandırılıb. Bəzi fərdi evlərin dam örtüyü qismən dağılıb, pəncərələri sınıb.

Güclü külək şəhərdə havanın tozlanmasına da səbəb olub. Bu səbəbdən nəqliyyatın hərəkətində də qismən çətinlik yaranıb.

Qeyd edək ki, hazırda Gəncə və ətraf rayonlarda küləkli hava şəraiti davam edir/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq