Bakıda neft quyularından 592 min dollarlıq oğurluq edən 3 nəfər tutulub
Tarix: 03-09-2021 15:13 | Bölmə: Cəmiyyət
Bakıda neft quyularından 592 min dollarlıq oğurluq edən 3 nəfər tutulub

Bakıda neft quyularından oğurluq edilib.

Reyting.az
DİN-ə istinadla xəbər verir ki, , Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki MMC-lərdən birinə məxsus neft quyularından 591 900 ABŞ dolları dəyərində mühərrik və generatorun hissələrini oğurlamaqda şübhəli bilinən Salyan rayon sakinləri K.Kərimov, Ş.Babaşov və Bakı şəhər sakini Y.Rüstəmov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq