Lənkəranda ata 9 yaşlı oğlunun boğazını kəsib, sonra intihar edib
Tarix: 03-09-2021 15:52 | Bölmə: Cəmiyyət
Lənkəranda ata 9 yaşlı oğlunun boğazını kəsib, sonra intihar edib

Prokurorluq Lənkəran rayonunda atanın oğlunun boğazını kəsib, sonra intihar etməsi ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan Reyting.az-a daxil olan məlumatda deyilir:

"Sentyabrın 3-ü saat 13 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Şaiq Məmmədov qeyd edilən ərazidə bıçaqla oğlu Vahid Məmmədlinin boyun nahiyəsinə xəsarət yetirib onu qəsdən öldürdükdən sonra həmin bıçaqla öz boyun nahiyəsinə xəsarət yetirərək özünü öldürüb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir".




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq