Müəllimlərin işə qəbulu üzrə apellyasiya müsahibələrinin vaxtı açıqlanıb
Tarix: 04-09-2021 10:41 | Bölmə: Cəmiyyət
Müəllimlərin işə qəbulu üzrə apellyasiya müsahibələrinin vaxtı açıqlanıb

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr 8-9 sentyabr tarixlərində, onlayn formatda və Microsoft Teams platforması üzərindən təşkil olunacaq.

Reyting.az
Təhsil Nazirliyinə istinadla xəbər verir ki, müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Namizədlərə müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla tanış olmaq tövsiyə edilir.





Bölməyə aid digər xəbərlər