Qarabağda daha 188 hektar ərazi minadan təmizlənib
Tarix: 06-09-2021 14:31 | Bölmə: Cəmiyyət
Qarabağda daha 188 hektar ərazi minadan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Reyting.az-a verilən məlumata görə, avqustun 30-dan sentyabrın 4-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 164, tank əleyhinə 72 mina və 235 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 188 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq