Cəlilabadda yol qəzası olub, ölən və yaralananlar var
Tarix: 06-09-2021 14:43 | Bölmə: Cəmiyyət
Cəlilabadda yol qəzası olub, ölən və yaralananlar var

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi olub.

Reyting.az
DİN-ə istinadla bildirir ki, sentyabrın 5-i saat 23 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Masallı rayon sakini R.Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı divara vurub.

Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Əli Ağazadə orada ölüb.

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq