İmişlidə qəza: 2 nəfər ölüb, yaralı var
Tarix: 07-09-2021 00:19 | Bölmə: Cəmiyyət
İmişlidə qəza: 2 nəfər ölüb, yaralı var

İmişlidə baş vermiş avtoqəzada 2 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Hadisə İmişli rayonunun Cəfərli kəndində qeydə alınıb.

Motosikletlə "VAZ 2115" markalı avtomobilin toqquşması nəticəsində motosikletdə olan 3 nəfərdən biri hadisə yerində, digəri - Əliqulular kənd sakini, 1987-ci il təvəllüdlü Şiraslanov Zamin Bəhlul oğlu isə Şirvan xəstəxanasında ölüb.

Bir nəfər - 2007-ci il təvəllüdlü Musayev Elbay Xasay oğlu yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır/APA.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq