13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
Balakəndə qazilərin tələbələrlə görüşü təşkil olunub - Fotolar
Tarix: 07-09-2021 13:01 | Bölmə: Cəmiyyət
Balakəndə qazilərin tələbələrlə görüşü təşkil olunub

Azərbaycan-Avar İctimai Birliyinin sədri Məhəmməd Nooyevin rəhbərliyi, iş adamlarının dəstəyi ilə əslən Balakən rayonundan olan Vətən müharibəsinin qəhrəmanları Ramazan Hudulov, Fərid Əliyev, digər zabit və qazilərin iştirakı ilə 2021-ci ildə ali məktəblərə daxil olmuş bir qrup gənclə Qabaqçöl qəsəbəsində görüş keçirilib.

Azərbaycan-Avar İctimai Birliyinin məlumatına görə, görüşdən öncə Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsi yad edilib.

Tədbiri açan Birliyin sədri Məhəmməd Nooyev 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş zabitlərimizin, əsgərlərimizin keçdiyi şərəfli həyat yolundan danışıb və qazilərimizə sağlam ömür diləyib.

Sonra Vətən müharibəsi qəhrəmanları Ramazan Hudulov, Fərid Əliyev və zabit yoldaşları keçdikləri şərəfli söz açıblar. Çıxış edənlər 2021-ci ildə ali məktəblərə daxil olmuş gəncləri təbrik edib, onlara hədiyyələr verib və təhsillərində uğurlar arzulayıblar.

Tədbirdə iş adamları Musa Dibirov, Hacı Dibirov, Şaban Eminov və digərləri çıxış edərək qazilərimizə, zabitlərə və tələbələrə uğurlar diləyiblər.

Tələbə adını qazanmış gənclər diqqət və qayğıya görə, tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

Tədbir Vətənə həsr olunmuş musiqi və mahnı ifaları ilə yekunlaşıb.







Bölməyə aid digər xəbərlər