13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
Azərbaycan təhsili ənənəvi formaya qayıdır
Tarix: 07-09-2021 14:20 | Bölmə: Cəmiyyət
Azərbaycan təhsili ənənəvi formaya qayıdır

“Azərbaycan təhsili ənənəvi formaya qayıdır”.

Reyting.az
xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, 2020-ci ilin mart ayından Azərbaycan təhsili də COVİD pandemiyası ilə üz-üzə qalıb:

“Növbəti tədris ilə bağlı əsas qərar ondan ibarətdir ki, uzunmüddətli fasilədən sonra Azərbaycan təhsili ənənəvi formaya qayıdır”.

Emin Əmrullayevin sözlərinə görə, sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərin tədrisinə başlanacaq.

"Məktəblərdə 5 günlük dərs qrafiki olacaq", - deyən nazir əlavə edib ki, bəzi təhsil müəssisələrində 6 günlük qrafik mövcud olacaq.

Emin Əmrullayev vurğulayıb ki, təhsil sahəsində çalışanların 82 faizə qədəri koronavirus əleyhinə vaksinasiya edilib: "İndiyədək 169 862 təhsil işçisi vaksinasiyadan keçib".

Nazir bildirib ki, gün ərzində 10 faizə qədər yoluxma məktəblərdə olan müəllim və şagirdlər arasında olur: “Növbəti həftələrdə proqnozlaşdırırıq ki, daha az yoluxma sayı görəcəyik. Vaksinasiyanın sürətlənməsi ümumi vəziyyətin daha da yaxşılaşmasına gətirib çıxaracaq".




Bölməyə aid digər xəbərlər