DİN-dən Portuqaliya ilə oyunda meydana girənlərlə bağlı açıqlama: "Sərbəst buraxılıblar"
Tarix: 08-09-2021 17:34 | Bölmə: Cəmiyyət
DİN-dən Portuqaliya ilə oyunda meydana girənlərlə bağlı açıqlama: "Sərbəst buraxılıblar"

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda azarkeşlərin meydana daxil olaraq futbolçularla foto çəkdirməsinə münasibət bildirib.

DİN-in Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Bakı Olimpiya Stadionunda keçirilən görüş başa çatdıqdan sonra həmin 4 nəfər azarkeş meydandan kənarlaşdırılıb.

“Həmin şəxslər azyaşlı olduğuna görə, onlarla profilaktik söhbətlər aparılaraq, sərbəst buraxılıb. Gələcəkdə bu cür hallar baş verdiyi təqdirdə həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görüləcək”, - E.Hacıyev bildirib.

Qeyd edək ki, sentyabrın 7-də oynanılan Azərbaycan - Portuqaliya matçı qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq