13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
“Əlif-Bə: Qurani-Kərim əlifbası və Təcvidül-Quran” kitabı nəşr olunub
Tarix: 09-09-2021 16:02 | Bölmə: Cəmiyyət
“Əlif-Bə: Qurani-Kərim əlifbası və Təcvidül-Quran” kitabı nəşr olunub

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangirinin “Əlif-Bə: Qurani-Kərim əlifbası və Təcvidül-Quran” kitabının üçüncü nəşri işıq üzü görüb.

Kitab QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin ön sözü ilə nəşr edilib.

İlkin olaraq bu kitab “Məsumə” dini mağazalar şəbəkəsinə (28 may və Sədərək Ticarət Mərkəzi) və “Əhli-Beyt” dini dükanına (Nizami metrosu, Hacı Soltanəli məscidinin arxası) satış üçün verilib. Kitabın qiyməti 5 manat təşkil edir.

Üçüncü nəşrdə “Qəlqələ” hərfləri, “Bəqərə” surəsinin əvvəli, “Yasin”, “Ər-Rəhman”, “Mulk” surə-ləri və “Xətmül-Quran duası” Təcvid qaydaları rənglərlə göstərilməklə əlavə edilib, bəzi naxışlar yeniləri ilə əvəzlənib.

Kitab artıq satışdadır. Satışdan əldə olunan gəlir kitabın növbəti nəşrinə sərf olunacaq.




Bölməyə aid digər xəbərlər