13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
Həbsxanada ölən sabiq icra başçısının kamera yoldaşları karantinə götürülüb
Tarix: 09-09-2021 16:39 | Bölmə: Cəmiyyət
Həbsxanada ölən sabiq icra başçısının kamera yoldaşları karantinə götürülüb

Koronavirusdan vəfat edən Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevlə Gəncə İstintaq Təcridxanasında kontaktda olan bütün şəxslər karantinə götürülüb.

Reyting.az
xəbər verir ki bunu Trend-ə Ədliyyə Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi hazırda onların səhhətinə xüsusi nəzarət edir.

Xatırladaq ki, Ağstafa rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyev Gəncə İstintaq Təcridxanasında koronavirusa yoluxub. Sentyabrın 7-də səhhəti pisləşən sabiq icra başçısı Gəncə modul tipli xəstəxanaya yerləşdirilsə də, sentyabrın 8-də orada dünyasını dəyişib.




Bölməyə aid digər xəbərlər