13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
Azərbaycanla Qazaxıstan arasında nəqliyyat və müdafiə əməkdaşlığı müzakirə olunub
Tarix: 09-09-2021 19:04 | Bölmə: Cəmiyyət
Azərbaycanla Qazaxıstan arasında nəqliyyat və müdafiə əməkdaşlığı müzakirə olunub

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşid Nəbiyevlə Qazaxıstan ticarət və inteqrasiya naziri Bağıt Sultanov Aktau, Kurıq və Ələt limanları arasında qarşılıqlı əməkdaşlıq, habelə Trans Xəzər ticarət marşrutunu gerçəkləşdirmək üçün birgə operatorun yaradılması məsələlərini müzakirə ediblər.

Bu barədə qazaxıstanlı nazir feysbuk hesabında yazıb.

Xəbərə görə, Trans Xəzər ticarət marşrutunun məqsədi Asiya ilə Avropa arasında bütün tranzit daşımalarını əlaqələndirmək, vahid tarif tərtib etməkdir.

Həmçinin B.Sultanov Bakıda olarkən müdafiə sənayesi naziri Mədət Quliyevlə apardığı danışıqlar barədə də məlumat verib:

“Qazaxıstanın zirehli maşınlar istehsal edən “Kazakhstan Paramount Engeeniring” şirkəti öz məhsullarının tədarükünü təşkil etməyə hazırdır”/Report




Bölməyə aid digər xəbərlər