13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçiminin vaxtı uzadılıb
Tarix: 10-09-2021 17:51 | Bölmə: Cəmiyyət
Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçiminin vaxtı uzadılıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə ixtisas seçiminin vaxtı uzadılıb.

Reyting.az
xəbər verir ki, ixtisas seçimi sentyabrın 11-i saat 09:00-da başa çatacaq.

Qeyd edək ki, indiyədək ixtisas seçimi üçün 18 194 elektron ərizə təqdim olunub.

Onlardan 201-i I, 789-u II, 170-i III, 19-u IV, 12-si V qrup, 17 109 ərizə isə 11 illik təhsil bazasındandır.




Bölməyə aid digər xəbərlər