Şəmkir-Gədəbəy yolunda mikroavtobus aşıb - Yaralılar var
Tarix: 11-09-2021 09:48 | Bölmə: Cəmiyyət
Şəmkir-Gədəbəy yolunda mikroavtobus aşıb - Yaralılar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" kiçik tutumlu sərnişin mikroavtobusu idarəetməni itirib. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq